Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi

Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
SOSİAL
14:33 25.05.2025
475
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

AZXEBER.COM "Report”a istinadən verir ki, bu gün həmçinin Xankəndi şəhərində də qəbul imtahanı baş tutub.

Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər. İmtahanda ümumilikdə 51 abituriyent iştirak edib.
OXŞAR XƏBƏRLƏR