Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi, Xocalı və Ağdərə şəhərlərində dövlət qurumlarına məxsus inzibati binaların qarşısında Azərbaycan bayrağı yarıyadək endirilib.
AZXEBER.COM xəbər verir ki, bu gün saat 17:00-da Xocalı faciəsinin qurbanlarının xatirəsinə ehtiram olaraq ölkənin bütün ərazisində bir dəqiqəlik sükut elan olunacaq.