Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb
SOSİAL
10:43 26.09.2023
234
Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə sentyabrın 25-də axşam saatlarında baş verib.

Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.
OXŞAR XƏBƏRLƏR