Qarabağda rus sülhməramlıların hərbi şəhərciyinin ərazisində "Rusiya Şöhrət Xiyabanı” yaradılıb və burada rus sülhməramlıları əks etdirən heykəl qoyulub.
Xiyabanın açılışı Xankəndidə noyabrın 10-u baş tutub.
Açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib.
Bildirilir ki, xiyabanın açılışı Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin birinci ildönümünə həsr olunub.


