"Xankəndidə üçrəngli bayrağımızın dalğalanması an məsələsidir" - Deputat

"Xankəndidə üçrəngli bayrağımızın dalğalanması an məsələsidir" - Deputat
SİYASƏT
12:05 16.12.2022
1154
"Konstitusiyanın 28-ci maddəsində təsbit olunan azadlıq hüququnun ən vacib meyarlarından biri qanunu şəkildə ölkədə olan şəxslərin sərbəst hərəkəti ilə bağlıdır. Analoji hüquqi mövqe eyni zamanda bütün beynəlxalq aktlarda təsbit olunub və bu mənada sülhməramlıların vətəndaşlarımızın Azərbaycanın suveren əraziləri daxilində hərəkətinə maneə törətməsi həm dövlətdaxili, həm də beynəlxalq hüquqa ziddir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O, qeyd edib ki, daha geniş çərçivədə yanaşsaq, sülhməramlıların davranışı çox təhlükəli tendensiyalardan xəbər verir:

"İlk növbədə, sülhməramlılar separatçıları açıq formada müdafiə etməklə, tərəfsiz sülh missiyası olmadığını, Xankəndindəki mütəşəkkil cinayətkar-terrorçu qruplaşmaya himayədarlıq etdiyini göstərdi. 

İkincisi, sülhməramlılar separatçıları yalnız müdafiə etmir, həm də Azərbaycanın sərvətlərinin talanmasına ən azından göz yummaqla bu cinayətə ortaq olurlar. Üstəlik, vətəndaş cəmiyyətinin nümayəndələri və media mənsublarını talanan ərazilərimizə buraxmamaqla prosesdə sülhməramlıların özlərinin maraqlı tərəf olduğu qənaətini formalaşdırır". 

Deputat qeyd edib ki, Xankəndində yurisdiksiyamızın bərpası, üçrəngli bayrağın dalğalanması an məsələsidir:

"Bütün bunlar təbii ki, ekosidin, habelə sərvətlərimizin cinayətkarcasına talanmasının davam etməsinə şərait yaradır, Azərbaycan və Ermənistan arasında ziddiyyəti daha da dərinləşdirərək sülh perspektivinə zərbə vurur. Açıq desək, bu gün sülhməramlılar bölgədə sülh prosesinin, vətəndaş cəmiyyətləri arasında birbaşa dialoqun qarşısında əsas maneəyə çevrilib. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni vətəndaşlarımız bunu nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar. Çünki, yaxın tarix, 44 günlük savaş, Fərrux və Qisas əməliyyatlarının timsalında hər kəs gördü ki, Azərbaycanın qarşısında nə sülhməramlılar, nə də digər hər hansı üçüncü tərəf  dayana bilmədi və bundan sonra da separatçıları da, Ermənistanı da Azərbaycanın dəmir yumruğundan kimsə xilas edə bilməyəcək. Yəni bu mənada Xankəndində yurisdiksiyamızın bərpası, üçrəngli bayrağın dalğalanması an məsələsidir".

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
17:06 17.03.2025
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
17:05 17.03.2025
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm