Səsvermə hüququ olan bütün vətəndaşlarımız üçün bərabər şərait yaradılıb.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O, jurnalistlərin Xankəndidə yaşayan erməni əsilli vətəndaşların necə səs verəcəyi haqqında sualına cavabında deyib:
"Biz seçicilərin milliyyətinə fərq qoymuruq. Əgər həmin şəxslər Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini daşıyırlarsa və seçici siyahısında adları varsa, səs verə bilərlər".