Xanlar Vəliyev hakim seçildi, parlamentdə and içdi

Xanlar Vəliyev hakim seçildi, parlamentdə and içdi
SOSİAL
12:03 11.04.2025
349
Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi Milli Məclisdə and içib. O həmçinin bu vəzifəyə təqdimatını irəli sürdüyünə görə dövlət başçısına təşəkkür edib. 

Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.
 
OXŞAR XƏBƏRLƏR