Xanlar Vəliyev: “Prokurorluq ulu öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu”

Xanlar Vəliyev: “Prokurorluq ulu öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu”
SİYASƏT
18:10 10.05.2023
256
"Prokurorluq ulu öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu”.

Bu barədə Azərbaycanın Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin "Respublika” qəzetində "Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan güvənli əllərdədir” sərlövhəli məqaləsində qeyd edilib.

O bildirib ki, ümummilli lider Heydər Əliyev daim xatırlanacaq və əziz xatirəsi yüksək ehtiramla yad olunacaq:

"Göründüyü kimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də millətimizə və dövlətimizə fayda verməkdədir. Müdrik siyasəti zamanın tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin digər dövlət başçılarına örnək olan mükəmməl rəhbərliyi sayəsində Azərbaycan daha da qüdrətlənir və xalqın rifahının hərtərəfli yaxşılaşdırılır.
Bu gün dövlət başçısına ünvanlanan minnətdarlıq məktublarının səngiməməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşəkkürlərini ifadə edən müraciətlərinin ardı-arasının kəsilməməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli maraqlara xidmət edən siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənilməsinin təzahürü, ümummilli liderə, eləcə də ölkə rəhbərinə və Birinci vitse-prezidentə olan sonsuz xalq sevgisinin təcəssümüdür”.

"Ulu öndərin uzaqgörən mükəmməl siyasi strategiyasının, ölməz ideyalarının və dəyərli tövsiyələrinin Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rol oynayacağına, dövlət başçısının rəhbərliyi ilə respublikamızda həyata keçirilən hərtərəfli islahatlara, görülən nəhəng işlərə böyük töhfələr, ölkənin sürətli və davamlı inkişafına ciddi dəstək verəcəyinə hər kəs əmindir. Odur ki, xalqımızın və vətənimizin taleyində müstəsna rolu olan, istiqlalımızın və firavan istiqbalımızın müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev daim dərin məhəbbətlə xatırlanacaq, nəhəng tarixi şəxsiyyətin doğum günü hər il respublikamızda, eləcə də ölkə hüdudlarından xeyli uzaqlarda böyük təntənə ilə qeyd ediləcək, əbədiyaşar liderimizin əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla yad olunacaq”, - deyə hərbi prokuror əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı