AZXEBER.COM şair Xəqani Ayxanın şeirlərini təqdim edir.Vətən Deyirlər qartala oxşayır, amma...Qurd yemiş yarpağa bənzəyir Vətən!Naxçıvan aralı, Qarabağ darda,İncimiş torpağa bənzəyir Vətən! Çox sorğu-sual var dilimiz üstə,Kəsilir başımız dinimiz üstə,Araz da "dağ olub" sinəmiz üstə,Susamış dodağa bənzəyir Vətən! El-eldən ayrılıb düşüb aralı,Biri can üstədir, biri yaralı, Yıxıb evimizi, yıxıb "haralı?",Kərkükdə irağa bənzəyir Vətən!Zamanın üstündə çəkildin dara,Başın hara düşdü, bədənin hara,Bölünüb dörd yerə, oldun dörd para,Qırılmış çarmıxa bənzəyir Vətən!Bu ömrüməBircə damla yağış gəzdim, torpaq kimi bu ömrümə...Budağımdan qırılmışam, yarpaq kimi bu ömrümə...Budaqları qurumamış, arzuları qarımamış, bir təmasdan yarımamış, dodaq kimi bu ömrümə...Anlayan itirər ağlı, tapılmaz bir insan oğlu, qapısı-bacası bağlı, otaq kimi bu ömrümə...Vurub sındırdım dizimi, tapdım içimdə dözümü, qapadım, yumdum, gözümü, qapaq kimi bu ömrümə...Daşın dili varDaşın dili var, asan, Danışdırsan danışar!Götürüb tumarlasan, Daş adama yovuşar!Gileylənər əlindən, Sənin şər əməlindən, Bir daşın gözlərindən, Bir quşun qanı damar!Əllərinlə qazılan, Yuxu kimi yozulan, Günahların yazılan, Bir daş göydə darıxar!Saxladım gözüm üstə, Oxşadım dizim üstə, Ağlayıb sözüm üstə, Bir daşın canı çıxar!Biri yox Göy üzündə iki damcı, Biri düşdü, biri yox!Biri tapdı işıq ucu, Biri uçdu, biri yox!Bu zülmət adamı udur, Bu zülmətdə bu nə sudur?Bu ki, dirilik suyudur, Biri içdi, biri yox!Baxıb suya, baxıb göyə, "Keçən haqqa çatar"-deyə,Atıldı çayı keçməyə,Biri keçdi, biri yox!Zaman zamana yığılar,Məkan məkandan çıxar,Bu dünyada iki şey var,Biri puçdur, biri yox!