“Xarabalıqda gizlədirdik” - 15 evdən oğurluq edən dəstə

“Xarabalıqda gizlədirdik” - 15 evdən oğurluq edən dəstə
SOSİAL
16:37 20.02.2018
1691
Novruz Salayevin ətrafında aparılan əlavə tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb.
 
AZXEBER.COM ARB TV-yə istinadla xəbər verir ki, istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Ağayev, Sərhat Əmirov və Mirasəf Kərimli saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə 15 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində oğurluqları N.Salayevin göstərişi ilə həyata keçirdiklərini etiraf ediblər.

Nurlan Ağayev - Saxlanılan şəxs: "Evdə heç kim olmurdu, gedib götürürdük. Bəzilərinə Novruz, bəzilərinə özümüz gedirdik. Yığırdıq Novruzgilin həyətinə".

Sərhat Əmirov - Saxlanılan şəxs: "15 evdən oğurluq etmişik. Ümumi əşyaları xarabalıqda gizlədirdik".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb
09:21 01.08.2025
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb
Cəlilabadda "QAZ-53" aşıb, ölən və xəsarət alanlar var
09:16 01.08.2025
Cəlilabadda "QAZ-53" aşıb, ölən və xəsarət alanlar var
TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTOLAR
09:08 01.08.2025
TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTOLAR
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb
08:48 01.08.2025
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb
Xalq artisti Arif Babayev dünyasını dəyişdi
08:44 01.08.2025
Xalq artisti Arif Babayev dünyasını dəyişdi
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:36 01.08.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb
04:55 01.08.2025
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb
Rubio: ABŞ və Çin strateji sabitlik dövrünə daxil olurlar
02:51 01.08.2025
Rubio: ABŞ və Çin strateji sabitlik dövrünə daxil olurlar
Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb
01:32 01.08.2025
Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb
“Araz Naxçıvan” növbəti mərhələdə
00:26 01.08.2025
“Araz Naxçıvan” növbəti mərhələdə
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
00:16 01.08.2025
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
00:12 01.08.2025
AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək
00:09 01.08.2025
XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək
“”Xankəndinin “Stepanakert” adlandırması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir”
00:07 01.08.2025
“”Xankəndinin “Stepanakert” adlandırması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir”
“Qalatasaray” Osimhenin transferini açıqlayıb - FOTOLAR
23:55 31.07.2025
“Qalatasaray” Osimhenin transferini açıqlayıb - FOTOLAR
Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT
23:44 31.07.2025
Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT