Xarı Bülbül - Qarabağın sirli möcüzəsi” adlı ilk nəşr işıq üzü gördü

Xarı Bülbül - Qarabağın sirli möcüzəsi” adlı ilk nəşr işıq üzü gördü
SOSİAL
14:24 29.12.2020
568
Gənclər üçün Təhsil Mərkəzinin hazırladığı "Xarı Bülbül - Qarabağın sirli möcüzəsi” adlı ilk nəşr işıq üzü görüb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan nəşrdə Xarı Bülbüllə bağlı əfsanə, hekayə, şeir və s. materiallar yer alıb.

Nəşrin regionlarda məktəblilərə paylanılmasına başlanılıb.

Qeyd edək ki, Mərkəz əzəli Azərbaycan torpağı olan Qarabağın simvollarından biri sayılan Xarı Bülbüllə bağlı hər il müxtəlif layihə həyata keçirir. 

Bu il isə "Xarı Bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!” adlı layihəni reallaşdırmışdır. 

Layihənin məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, Xarı Bülbüllə bağlı daha çox materiallar hazırlamaq idi.
OXŞAR XƏBƏRLƏR