“Xarı Bülbül” sənədli filmi nümayiş olundu - FOTOLAR

SOSİAL
17:28 06.12.2024
641
5 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi tərəfindən Düşənbə şəhərində yerləşən "Vətən” kinoteatrında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində, isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə həsr olunmuş "Xarı Bülbül” sənədli filmi nümayiş olunmuş və rəsmi ziyafətlə davam edib.
 
Sözügedən sənədli film Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin dəstəyi ilə rus dilinə tərcümə edilmiş (ingilis dili altyazı ilə) və səsləndirilmişdir.
Tədbirdə, Tacikistanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Tacikistan Respublikasının dövlət qurumlarının və ictimaiyyət nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri və Azərbaycan diasporasının üzvləri iştirak etmişlər. 
Filmin nümayişindən öncə, Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı qələbədən söhbət açmış, Şuşanın işğaldan azad edilməsinin müharibənin qəhrəmanlıq zirvəsi olduğunu, Zəfər Gününün hər bir azərbaycanlı üçün ən əziz bayram olduğunu qeyd etmiş, həmçinin təqdim olunmuş filmin həsr olunduğu "Xarı Bülbül” və Şuşa şəhəri haqqında qısa məlumat vermişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şuşanın tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsi və bunun nəticəsində Şuşanın abidələrinin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addım olduğunu, onun füsunkar təbiətində rast gəlinən "Xarı Bülbül”ün məhdud yetişmə arealının olduğunu, Azərbaycan xalqında bu çiçəyin gözəlliyi və əzəməti haqqında çoxlu əfsanə və rəvayətlər yarandığını qeyd etmiş, Şuşa Konservatoriyasının parlaq nümayəndələrinin dünyanın bütün guşələrində Azərbaycan musiqisini layiqincə təmsil edərək ona şöhrət gətirdiyini ifadə etmişdir.
Daha sonra sənədli filmin nümayişi keçirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. 
 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq