“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR

“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
SOSİAL
12:41 12.09.2025
159
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə Qubada keçirilən "Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi başa çatıb. 
 
AZXEBER.COM xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində 80 nəfər gəncin iştirakı ilə 5 gün davam edən düşərgədə Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, karyera planlanması və şəxsi inkişaf yönümlü mövzularda təlimlər, yaradıcı master-klasslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi keçirilib. Düşərgə müddətində gənclərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlər, musiqili-əyləncəli proqramlar və idman oyunları təşkil olunub. 

Düşərgənin sonuncu günündə bağlanış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Quba Rayonu İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Reyhan Ağayeva, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin əməkdaşı Seyfur Hacımuradov, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və "Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov çıxış edərək öz təəssüratlarını bölüşüb, gənclərə uğurlar arzulayıblar.

Çıxışlardan sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbir musiqili-bədii hissə ilə davam edib. Tanınmış gənc sənətçilərin ifalarında iştirakçılar əyləncəli anlar keçiriblər. 

Qeyd edək ki, artıq dördüncü ildir ki, şəhid və qazi övladları üçün ənənəvi olaraq təşkil olunan düşərgənin hər il davamlı olaraq keçirilməsi planlaşdırılır.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
14:48 12.09.2025
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir