Xaricdə koronavirusdan ölən azərbaycanlıların nəşinin gətirilməsi ilə bağlı AÇIQLAMA

Xaricdə koronavirusdan ölən azərbaycanlıların nəşinin gətirilməsi ilə bağlı AÇIQLAMA
SOSİAL
18:17 13.05.2020
844

"Xaricdə yaşayan azərbaycanlılar arasında koronavirusa yoluxma və virusdan ölüm halları var. Koronavirusdan ölən vətəndaşların nəşinin geri qaytarılmasına karantin rejimində icazə verilir”.

AZXEBER.COM məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

 

"Bunun həyata keçirilməsi üçün həmin dövlətlərin aidiyyəti qurumları ilə iş aparılır və koronavirusdan ölən şəxslərin nəşinin geri qaytarılması təmin edilir”, - deyə L.Abdullayeva qeyd edib.

OXŞAR XƏBƏRLƏR