Xaricdə yaşayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradılır

Xaricdə yaşayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradılır
İDMAN
22:28 09.09.2026
94
AFFA xaricdə yaşayan və azərbaycanlı futbolçularla bağlı məlumat bazasının yaradılması istiqamətində işə başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məqsəd 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların futbol karyerasını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.

AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq məlumatlara futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, eləcə də daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar daxildir.

Federasiyanın bu addımı xaricdə yaşayan azərbaycanlı futbolçuların müəyyənləşdirilməsi, onların inkişafının yaxından izlənilməsi və gələcək layihələrə cəlb olunması məqsədi daşıyır.
OXŞAR XƏBƏRLƏR