Xaricdəki soydaşlarımız idmançımıza niyə dəstək olmadı? - AÇIQLAMA

Xaricdəki soydaşlarımız idmançımıza niyə dəstək olmadı? - AÇIQLAMA
İDMAN
12:39 01.11.2016
1061
 Xaricdə yaşayan həmvətənlərimizin diaspor fəaliyyəti ilə bağlı məsələləri işıqlandıran jurnalist Elnur Eltürk müxtəlif ölkələrdə keçirilən idman yarışlarında idmançılarımıza dəstək verilməsi ilə bağlı maraqlı açıqlama edib.
 
Elnur Eltürk AZXEBER.COM-a açıqlamasında Londonda keçirilən yarışda iştirak edən Bəxtiyar İsgəndərzadəyə dəstək olmamasına diqqət çəkib.
 
Jurnalist deyib: "Mənim üçün çox maraqlıdır ki, Londonda xeyli sayda soydaşımızın yaşamasına baxmayaraq, Almaniyadan dumanlı Albiona Azərbaycan adına döyüşə gələn Bəxtiyar İsgəndərzadəyə soydaşlarımız dəstək olmurlar. Necə zaman idi ki, yarışla bağlı təbliğat aparılırdı. Nə yaxşı ki, türk qardaşlarımız və əfqanlar gəlib yarışda idmançımıza mənəvi dəstək oldular”.
 

 
Elnur Eltürk daha sonra söz açdığı yarış barədə də məlumat verib: "Nəzərdən qaçırmaq olmaz ki, yarışın təşkilatçısı London Qafqaz İdman Klubunun rəhbəri, tanınmış kikboksçu Hafiz Baxşəliyev Azərbaycan adına xeyli işlər görən insanlardandır. Böyük Britaniya idman ictimaiyyətində qəbul olunur və nüfuzlu yarışlara dəvət olunur. Aprel hadisələrində İngiltərədə erməni lobbisinin səfirliyimiz önündə təşkil etdiyi mitinqdə, Azərbaycana dəstək üçün səfirliyin qarşısında birinci duranlardan idi. Əgər, işin içində Azərbaycan adı varsa, bütün diqqət vətənə yönəlməlidir".
OXŞAR XƏBƏRLƏR