Xaricə çıxışı qadağan edilən türk fenomen Eylül Öztürk sosial şəbəkədə açıqlama verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Eylül Öztürk və əri Kənan Özkanın 5 milyon dollarla ABŞ-a getdiyi və oradan nağd pulla 11 ev aldığı iddia edilib.
Beynəlxalq qadağaya daxil olduğunu öyrənən Eylül Öztürk sosial media hesabında paylaşım edib.
Öztürk açıqlamasında deyib:
"Bəli, başa düşdüyüm qədər, indi yanıma gəldikləri dəqiqdir. Bunu buradan anlayıram. Bu, istintaqa cəlb olunduğumuz anlamına gəlir. Bu, məni çox sevindirdi. Hər zaman qeyri-müəyyənlik olub. Amma mən artıq xaricdəyəm, bu necə olacaq? Başa düşmürəm. Hər halda bu barədə vəkilimdən soruşacam”.
Həmin paylaşımı təqdim edirik:
Mikayıl