Xarici jurnalistlər AFFA-da - FOTOLAR

Xarici jurnalistlər AFFA-da - FOTOLAR
İDMAN
08:18 29.09.2012
1276
Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası tərəfindən Gənc Reportyorlar Proqramı təşkil edilib. Proqram çərçivəsində ölkəmizdə səfərdə olan mətbuat nümayəndələri bu gün AFFA-nın inzibati binasında olublar. Əvvəlcə AFFA-nın Futbol muzeyi ilə tanış olan jurnalistlər burada xatirə kitabına ürək sözlərini yazıb, daha sonra assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin fəaliyyəti, affa.az, affavideo.az və affatv.az saytlarının, "Futbol dünyası" qəzetinin iş prinsipi ilə maraqlanıblar. AFFA-nın inzibati binasının qarşısında xatirə şəkli çəkdirən mətbuat nümayəndələri çalışdıqları televizya kanalları üçün reportaj hazırlayıblar.
OXŞAR XƏBƏRLƏR