“Xarici KİV-ləri təmsil edənlər fəaliyyətlərini qanunlar çərçivəsində qurmalıdırlar”

“Xarici KİV-ləri təmsil edənlər fəaliyyətlərini qanunlar çərçivəsində qurmalıdırlar”
SİYASƏT
15:57 22.09.2015
1186
2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. Təəssüf ki, bir sıra xarici kütləvi informasiya vasitələrinin ölkəmizdəki nümayəndələri KİV haqqındakı Azərbaycan qanunvericiliyinə riayət etmək isəmirlər.Müvafiq dövlət orqanlarının dəfələrlə müraciət etməsinə baxmayaraq belə KİV-lər sadələşdirilmiş akkreditasiya qaydalarına belə, əməl etmək istəmirlər.
Buradan da belə bir məntiqi sual doğur. Onlar adi prosedur qaydalara əməl etməməklə hansı məqsədi güdürlər. Fikrimizcə, qəsdən belə edirlər ki, rəsmi orqanlar onlardan qanunlara əməl etməyi tələb edəndə səs-küy salsınlar ki, “Azərbaycanda azad media mühiti yoxdur” və dərhal da xaricdəki antiazərbaycan qüvvələri hərəkətə gətirsinlər. Oxuculara bu yaxınlarda baş vermiş bir hadisəni xatırlatmaq istəyirik. Vaxtilə Avropa Parlamentinin deputatı olmuş italyan jurnalist Cülyetta Kyezanın Estoniyadan qovulması haqda qərar qəbul edildi.Polis onu şəhərə belə, çıxmağa qoymadı, mehmanxanadan birbaşa hava limanına, oradan da məmləkətinə göndərdilər.Çünki o, səfərə gəldiyi ölkənin KİV haqqında qanunvericiliyini pozmuşdu... Azərbaycana irad tutanlar bu faktı yadda saxlasalar yaxşı olar.Mütəxəssislər də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na hər kəsin əməl etməsini vacib sayırlar. Onlar əks- təqdirdə müəyyən qanun pozuntularına görə belə şəxslərin məsuliyyətə cəlb olunmasını qaçılmaz hesab edirlər.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz siyasi şərhçi Arzu Nağıyev “Palitra”ya verdiyi açıqlamada dedi ki, Azərbaycan qanunlarının tələblərini pozan istənilən şəxs, KİV nümayəndəsi və s. barədə müvafiq orqanlar tərəfindən qanun çərçıvəsində ölçü götürülməlidir: “Əgər söhbət kütləvi informasiya vasitələrindən gedirsə, əsas sənəd kimi 2015-ci il martın 18-də təsdiq edilən “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” nəzərə alınmalıdır. Çünki dünya praktikasına istinad olaraq qəbul edilən bu sənəd, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Lakin bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər və nümayəndələr fəaliyyətlərini qanunlar çərçivəsində qurmalı və müvafiq qeydiyyatdan keçməli və fəaliyyətlərini qanuniləşdirməlidirlər. Təbii ki, xarici KİV -lər və nümayəndələri Xarici İşlər Nazirliyində elektron formada akkreditasiya prosesindən keçməlidirlər. Yəni necə ola bilər ki, Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən KİV-ləri bu prosedurdan keçir, onlar isə bizdə yox, Deməli, qanunsuz fəaliyyət göstərirlər. Məhz buna görə də Azərbaycan qanunlarının tələblərini pozan istənilən şəxs, KİV nümayəndəsi və s. barədə müvafiq orqanlar tərəfindən qanun çərçıvəsində ölçü götürülməlidir…”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub