Xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub

Xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub
SOSİAL
12:16 26.12.2025
78
"Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 6033 müraciət daxil olub. Bunlardan 834 xarici kvalifikasiyanın  ölkə ərazisində tanınması barədə mənfi rəy verilib”.

AZXEBER.COM xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov səsləndirib. 

O qeyd edib ki, mənfi rəyin verilməsinə aşağıdakı faktorlar səbəb olub:

1. Tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbilə 495 imtina
2. Əhəmiyyətli fərq (ixtisas və qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 122 imtina
3. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (ixtisas ve qeyri-ixtisas fənlərinin nisbəti üzrə əldə olunan kredit sayı) səbəbilə 42 imtina
4. Autentik (həqiqi) olmayan diplom səbəbilə 30 imtina
5. "Açıköğretim" təhsilalma forması səbəbilə 29 imtina
6. Akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 27 imtina
7. Ekvivalenti olmayan ixtisas səbəbilə 9 imtina
9. Bakalavr diplomu üzrə kvalifikasiya tanınmadığı üçün magistr diplomuna imtina verilməsi səbəbilə isə 8 imtina olub.
OXŞAR XƏBƏRLƏR