Xarici ölkələrdən mobil telefon gətirənlərin diqqətinə!
İQTİSADİYYAT
16:19 23.03.2012
3967
Azərbaycanın gömrük ərazisində (avtomobil yollarında, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti üçün zəruri sənədlərin olduğu yerlərdə, eləcə də icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi yerlərdə və s.) törədilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar və xəbərdar edilməsi, habelə qarşısının alınması, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına, habelə gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin etmək məqsədilə ən müasir nəqliyyat vasitələri, eləcə də kompyuter və digər avadanlıqlarla təchiz olunmuş mobil gömük bölmələri yaradılıb. Bu barədə cümə axşamıTrend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.