Xarici ölkələrdən səs verən ermənilər Paşinyanı seçdilər

Xarici ölkələrdən səs verən ermənilər Paşinyanı seçdilər
DÜNYA
22:46 20.06.2021
724
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində xarici ölkələrdən elektron qaydada verilən səslərlə bağlı rəsmi məlumat açıqlanıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 455 seçicidən 163-ü Nikol Paşinyanın "Vətəndaş sazişi” partiyasına səs verib.

Onun başlıca rəqibi sayılan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın "Ermənistan” bloku isə bu səslərdən 135-ni qazana bilib.
OXŞAR XƏBƏRLƏR