Ukraynada insanlar partlayışlardan xilas olmaq üçün metro stansiyasına sığınıblar.
AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumundan sonra təşviş içində olan insanlar Xarkov metrostansiyasına sığınıb.
Belə ki, Rusiya səhər saatlarında Ukraynaya qarşı əməliyyat əmri verdikdən sonra bir çox nöqtələrə hücumlar başlayıb.
Bu səbəbdən, ölkənin şimalındakı Xarkov şəhərində insanlar qorxduqları üçün metro stansiyalarında gizləniblər.
Ayşən