Müğənni Xatirə İslam plastik əməliyyat etdirməsi haqda xəbərləri inkar edib.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Şourum" proqramında danışıb. O bildirib ki, ana olmaq üçün bıçaq altına yatıb:
"Mənimki plastik deyil. İkinci dəfə ana ola bilsəm, yenidən plastik etdirəcəm. Tamam başqa əməliyyat etdirmişəm. Ana olmaq üçün müalicə alıram. İnşallah, olsun".
Qeyd edək ki, Xatirə Fəxrəddin adlı şəxslə ailəlidir. Cütlüyün Emil adlı bir oğul övladı var.