Xatirə İslam hovuzdakı fotolarından danışdı

MAQAZİN
18:00 14.08.2013
3853
Son günlər müğənni Xatirənin hovuzda gənc ifaçı Nicatla olan şəkilləri müzakirə hədəfi olub. Hal-hazırda istirahətdə olan Xatirə bu şəkillərin yayılmasına şərh verənlərə, onu qınayanlara “Show.az” vasitəsilə cavab verib.“Nicat bizim evin uşağıdır. Mənim əlimdə böyüyüb. Mən Nicatın bacısı, müəlliməsi hesab olunuram. İnsanlar niyə belə gülünc məsələləri qabardırlar? Nicatı ailəm, həyat yoldaşım Fəxrəddin bəy də tanıyır. Ailəvi dostluğumuz var. Nicat özünə aid olan şəkilləri facebookda paylaşıb. İndi bunu el-aləmə yaymağın nə mənası var?", - müğənni bildirib.

OXŞAR XƏBƏRLƏR