Xatirə canlı yayımda Zaura əsəbiləşdi: Ərimdən əl çək

Xatirə canlı yayımda Zaura əsəbiləşdi: Ərimdən əl çək
MAQAZİN
01:46 01.10.2016
18379
Müğənni Xatirə İslam "5/5" verilişinin qonağı olub.
 
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçının "Özü bilir" mahnısı haqda danışıb. O, "Kimi deyirsən? Son günlər hamı mahnıda öz dərdini oxuyur. Özün sifariş etmisən ki, belə sözlər yaz? Belə mahnı oxuyanda, evdə qısqanclıq olmur? Əgər mənim həyat yoldaşım belə mahnı oxusaydı, dalaşardım ki, kimə oxumusan, bu sözləri kimə deyirsən?" sözlərinə X.İslam əsəbiləşib. Sənətçi həyat yoldaşının qısqanc olmadığını bildirib: "Sözləri mən yazmamışam, heç xəbərim də yox idi. Mahnını oxuyanda yoldaşım sevinirdi ki, bəyənildi. Görürdü ki, neçə ildir oxumuram, əziyyət çəkirəm.
 
Yoldaşım mənimlə bərabər çalışır. Onu tanımırsan? Gələn kimi məni hirsləndirdin. Nə istəyirsən? Alicənab adamdır, ondan əl çək. Yoldaşı başqa cür olanlara bu sözləri demirsən. Yazıq ərim. Fəxrəddin, fikir vermə, bilirsən ki, Zaurdu, danışır da..
OXŞAR XƏBƏRLƏR