Xatun əsəbləşdi: "Əzizlərimə toxunma, hamının balası var, Allahdan qorx"

Xatun əsəbləşdi: "Əzizlərimə toxunma, hamının balası var, Allahdan qorx"
MAQAZİN
22:11 03.07.2017
1856
AZXEBER.COM xəbər verir ki, müğənni Xatun Əliyevanın Milli.Az-a müsahibəsi.
 
- Xatun, son zamanlar şou aləmindən çox uzaqlaşmısınız. Bu aləmdən uzaqlaşmağınıza xüsusi bir səbəb varmı?
 
- Siz bilirsiniz ki, mən ATV-də "Zarafat-zarafat" adlı verilişin aparıcısıyam. Aparıcılıq məni şou-biznesdən də uzaqlaşdırdı. Mən hazırda kitablar oxuyuram, verilişə böyük həvəslə hazırlaşıram və maksimum dərəcədə çalışıram ki, veriliş maraqlı olsun. Təbii ki, mən tək deyiləm, arxamda böyük bir komanda var. Sözün düzü, aparıcı olmayana qədər aparıcıların halına yanmırdım, amma həqiqətən də teleaparıcılıq çox məsuliyyətli bir peşədir. Efirdə hər bir sözə, danışığa diqqət yetirməlisən.
 
- Teleaparıcı olandan sonra sənət dostlarınızın sizə qarşı münasibəti dəyişdi? İstər mənfi, istərsə də müsbət.
 
- Yaxşı ki, bu sualı mənə ünvanladınız. Buradan həmkarlarıma demək istəyirəm ki, mən sadəcə verilişin aparıcısıyam, verilişə qonaq çağırmaq səlahiyyətim yoxdur. Heç kim m
əndən inciməsin. Hələ ki, elə bir qonağım olmayıb ki, gəlməsin. Kimi dəvət etmişiksə, hamısı gəlib. Amma gələcəkdə fikirləşirəm ki, verilişi adi insanlarla, ya da aktyorlarla edim. Onların eqosu müğənnilərə nisbətən çox azdır.
 
- Xatun, niyə daima həmkarlarınızın qınağı ilə üzləşirsiniz?
 
- Səmimiyyəti sonradan yaratmaq olmur. Məni şou-biznesdə sevən insanlar yoxdur. Çünki həmişə sözün düzünü demişəm. Bəzən əziyyət çəkirsən, "5" qiyməti almaq üçün dəridən qabıqdan çıxırsan, amma ən yaxın dostun belə səni görmək istədiyi yerdə, yəni aşağı pillədə görür. Mən də bütün bunlara narazılığımı bildirirəm. Bəzən mənə gündəmdə olmayanlar söz atırlar, amma Oqtay bəyin, Dilarə xanımın məsləhətlərindən yararlanıram. Çünki onlar sənətlərinin peşəkarıdırlar. Hər birimiz həyatda bəzən elə bir situasiya ilə qarşılaşırıq ki, orada sən haqqını tələb edə bilmirsən. Mən kiməsə hesabat vermək iqtidarında da deyiləm. Hansısa bir müğənniyə mən niyə hesabat verməliyəm ki? O kimdir ki, mən ona hesabat verim? Əsas əzizlərim, yaxınlarım məni tanıyır ki, necə insanam.
 
- Amma zaman-zaman günah sizdə də oldu. Bu mənada ki, həmkarlarınızın xəbərdarlığına baxmayaraq onları parodiya etdiniz.
 
- Bəzən məndən soruşurlar ki, filankəs səninlə niyə yola getmir? Deyirəm ki, onları parodiya etmişəm. Çox təəccüblənirlər. Parodiya üstündə adam-adamdan küsər? Mən onlarla bir ortamda oturmuram, ortaq nəyimizsə yoxdur ki, bölüşdürə bilməyək. Hələ biri var, onunla çox yaxın olmuşam. Mənə xəbərlər çatır ki, o səni toylardan "burur".
 
- Kimdir ki, o müğənni həmkarınız?
 
- Əslində mən onunla danışıram, amma danışmaq istəmirəm. İstəmirəm ad çəkib onu reklam edim. Ona buradan sadəcə demək istəyirəm ki, sən məni bu gün toylara qoymursansa, mənim də əlim haralarasa çatır, mən də səni nə vaxtsa toylara qoymaya bilərəm. Camaat məni istəyəndən sonra sən kimsən ki? O elə bilir ki, mənim ipim onun əlindədir, amma onun ipi də mənim əlimdədir.Ona görə də mən bu şou-biznesin səmimiyyətinə inanmıram. Təzə-təzə inanırdım, sirrimi paylaşırdım, bir də görürdüm ki, 1 saatdan sonra hamı bilir. Onlar insanın yaxşı gününü istəmirlər. Hamısı da paxıllıqdan irəli gəlir. Bəzən elə insanlar var ki, həqiqətən də bilirəm ki, bununla nə yol çıxmaq olar, nə də ki, çörək kəsmək. Bir məsəl var, "Sülhdə yaşamaq istəyən insan müharibəyə hazır olmalıdır". Mən də həmişə sülhdə yaşamaq istəyirəm. Ona görə də onunla görüşəndə belə, deyirəm ki, qripəm, tələsirəm. Min bir bəhanə ilə ondan uzaqlaşıram. - Həmkarlarınıza qarşı kinlisiniz? - Mən əslinə çox kinli insanam. Əgər sarı simimə toxunmasalar, onları bağışlayıram. Bir də onu demək istəyirəm ki, müğənni müğənni ilə dava edəndə bir-birinin əzizlərinə toxunmasın. Nə mən onun övladının adını çəkim, nə də o mənim övladımın adını çəksin.Onların günahı nədir ki? Dava edirsənsə, təkbətək et. Biz bir-birimizə nə istəsək deyə bilərik. (əsəblə) Nə istəyirsən de mənə, nə istəyirsən. Amma əzizlərimə toxunma! Əgər mənim əzizim varsa, sənin də əzizin var. Mən danışmadığım bir müğənninin də övladına dua edirəm. Allah şahiddir ki, mən onun balasını dilimə gətirmirəm. Hamının balası var, Allahdan qorxun!
 
- Sənətinizdə nə kimi yenilikləriniz gözlənilir?
 
- Mən adətən yayda istirahət etmirəm. Etsəm də çox az istirahət edirəm. Daima yeni mahnılar, kliplər üzərində çalışıram. Bir sözlə istirahətim də yaradıcı istirahətdir. Çox istəyirəm ki, konsert proqramı ilə çıxış edim. Bunu məndən də çox Balaş istəyir. Amma hələ ki, maddiyyat buna imkan vermir. Həmişə deyirəm ki, görəsən nə vaxt konsertim olacaq? Ailə saxlayıram, maddi ehtiyaclarım çoxdur. İnşallah, bu arzuma da tezliklə çataram.
OXŞAR XƏBƏRLƏR