"Xatunun atası heç kimdən üzr istəməyib"

ŞOU-BİZNES
14:59 16.11.2018
3749
Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal bitmir. 

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, rəqqasənin "Xatunun atası məndən üzr istədi" sözlərinə qarşı tərəfdən cavab gəlib. X.Əliyevanın prodüseri Pənah Eldar bildirib ki, elə bir hal yaşanmayıb:

"Bu mövzuda qarşı tərəfin danışdıqları və yazdıqları uydurmadır. Xatun xanımın atası heç kimdən üzr istəməyib. Xatun xanım bu mövzuda haqlı olduğu halda nə özünün, nə də ailə böyüyünün üzr istəmək üçün bir səbəbi var. "Üzr" mövzusu ayrı bir yalandı və qanun yolu ilə bunun axırına gediləcək.
O ki, qaldı Xatun xanımın susmağına... Onun hər çağırılan efirə bu mövzu ilə çıxmağa ehtiyacı yoxdur. O, ən azı 1 və ya 2 dəfə açıqlamalar verib, dediklərinin də arxasındadır. Ucuz və cılız söhbətləri aydınlaşdırmağa nə onun vaxtı var, nə də o xarakterin adamıdır. Hər yazılanı reklama çevirmir. 

Məhkəmə işini qarşı tərəf başladıb. Sona kimi gediləcəksə, sona kimi də haqq özünü göstərəcək".

OXŞAR XƏBƏRLƏR

X Mostbet