Xavi: ''Real' 8 xallıq fərqi aradan qaldıra bilməz''

İDMAN
08:30 29.09.2012
1393

"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez komandasının La Liqadakı çıxışını dəyərləndirib.

AZXEBER.COM-un məlumatına görə, "Sport"a danışan Xavi əzəli rəqibləri "Real" (Madrid) klubunun 8 xallıq fərqi aradan qaldıracağına inanmadığını bildirib:

"Real"la 8 xal fərq yaratmağımız kiçik bir şey deyil. Artıq La Liqada böyük üstünlük qazanmışıq. La Liqa bizim üçün yaxşı məcrada keçir. "Real" isə təzyiq altındadır. "El Klassiko" öncəsi bizim üzərimizdə böyük təzyiq olacaq. Lakin "Real" bu dəfəqələbə qazana bilməyəcək.Ötən mövsüm "Real" bizi 10 xal qabaqlasa da, dönüş yaradaraq, yenidən çempionluq uğrunda mübarizəyə qoşulmuşduq. Bu dəfə isə biz 8 xal öndəyik. "Real" da bu mövsüm dönüş yarada bilər. Amma 8 xallıq fərq bizi rahatladır. "Real"ın bu fərqi aradan qaldıracağına inanmıram".

Qeyd edək ki, 5 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edən "Barselona" ən yaxın izləyicisi "Atletiko" (Madrid) klubunu 2 xal qabaqlayır.

OXŞAR XƏBƏRLƏR