XƏBƏRDARLIQ! Avqustun 19-21-də...

XƏBƏRDARLIQ! Avqustun 19-21-də...
SOSİAL
12:32 19.08.2024
2401
Hesabat dövrü ərzində Günəşin fəallığı əvvəlki səviyyədə qalaraq, həftə boyunca əsasən M sinif alışmalar qeydə alınmışdır.

AZXEBER.COM bu barədə Şamaxı rəsədzanasının saytına istinadən xəbər verir.

Maksimal sinifli alışma 3784 regionunda qeydə alınan X1.1 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq  II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 11 ləkə qrupunda 170 ləkə və geoeffektiv olmayan Tac dəliyi müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.  

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 541 km/san,Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 24 nT, radial istiqamətdə isə -21 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 412 km/san-dir, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7.67 nT, radial istiqamətdə isə  4.61 nT təşkil edir. Kp indeksi 1.3-ə bərabərdir və kosmik hava sakitdir.

Hesabat dövrü ərzində geomaqnit qasırğası 12 avqustda gün ərzində davam edərək G2 səviyyəsinədək yüksəlmişdir. 14 avqustda baş vermiş X1.1 sinifli alışma isə TKA ilə müşaiyət olunmuşdur və onun təsiri nəticəsində 17 avqustda yenidən geomaqnit qasırğası baş vermişdir. Geomaqnit qasırğasının intensivliyi qısa vaxt periodunda G3 (güclü qasırğa) səviyyəsinədək yüksəlmişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (19 – 25 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 70%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 19-21avqust tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var. 

Günəş küləyinin sürətinin 19-21 avqustda TKA-ın təsiri ilə yüksələcəyi proqnozlaşdırılır.

Geomaqnit sahəsinin sakit olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
14:24 06.08.2025
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
Tarixdə bugün - 6 avqust nə günüdür?
14:22 06.08.2025
Tarixdə bugün - 6 avqust nə günüdür?
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
14:15 06.08.2025
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
Durov "teleqram"a geri qayıtdı
14:07 06.08.2025
Durov "teleqram"a geri qayıtdı
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
14:06 06.08.2025
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
"Ayşe Barımın qəfil ölüm riski var" - Həkimlər açıqladı
13:48 06.08.2025
"Ayşe Barımın qəfil ölüm riski var" - Həkimlər açıqladı
İranda təxribat törətmək istəyən agentlər tutuldu: İkisi də edam edildi
13:45 06.08.2025
İranda təxribat törətmək istəyən agentlər tutuldu: İkisi də edam edildi