Xəbərdarlıq edilən icra başçısı 27 ildir həmin qurumda çalışır - Səkiləri zəbt edən obyektlərin tikintisinə razılığı kim verib?

Xəbərdarlıq edilən icra başçısı 27 ildir həmin qurumda çalışır - Səkiləri zəbt edən obyektlərin tikintisinə razılığı kim verib?
SOSİAL
22:54 13.07.2024
482
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirədə Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olmasıdır.
 
AZXEBER.COM pravda.az-a istinadən xəbər verir ki, xüsusilə Xətai rayonunda təmir-bərpa işləri səliqəsiz həyata keçilir. Bu, vətəndaş şikayətlərində də əksini tapır. Elə Pravda.az-a son günlər ünvanlanan şikayət məktublarında qeyd olunur ki, obyekt sahibləri səkiləri zəbt edir. Təbii ki, buna səbəb müvafiq qurumların prosesə göz yummasıdır. Əsas cavabları bundan ibarət olur ki, obyekt xüsusi mülkiyyətdədir. Yəni əvvəlki illərdə razılıq alınıb. Burada xüsusi ilə vurğulamaq istərdik ki, hazırki icra başçısı Rafiq Quluyev 1997-ci ildən Xətai Rayon İcra Hakimiyyətində çalışır. O, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini,  2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu, səkiləri zəbt edən obyektlərin tikilişi üçün razılıqla bağlı suallara təxminən aydınlıq gətirir. İcazə 1980-ci illərdə alınmayıb axı... Məsələn, "Əhmədli" metrostansiyası yaxınlığında, yol ayrıcında, yaşıllıq sahədə obyektlər 4-5 il bundan öncə tikilib. Misallar çoxdur. Nöqsanlardan nəticə çıxarılmazsa, yəqin ki, icra başçısı vəzifəsindən azad olunacaq. Burada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Aritektura Komitəsinin də üzərinə məsuliyyət düşür. Onların "obyekt xüsusi mülkiyyətdədir" və ya "Müvafiq qaydada müraciət olunub" kimi standart cavabları Komitənin işinin öhdəsindən gəlmədiyini göstərir. Axı bu qurumun qarşısında xüsusi tapşırıqlar qoyulub. Sədr Anar Quliyev Komitənin fəaliyyətinə yenidən nəzər yetirməlidir.
 
Hər iki rayonda - həm Yasamalda, həm də Xətaidəki səliqəsiz, səkiləri, avtobus dayanacaqlarını zəbt edən obyektlərlə bağlı faktları təqdim edəcəyik...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"