Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın restoranda görüşünün audio yazısı olan telefonunu prokurorluğa təqdim etdiyini bildirib.
AZXEBER.COM məlumatına görə, bu barədə C.Osmanlı Facebook sosial şəbəkəsindəki profilində yazıb:
“Mən Brüsseldə səfərdə olanda jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz facebook səhifəsində “yad” etdi. “Jurnalist” Xədicə İsmayılın “Art Garden” restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa təqdim etdim. Xədicə xanımın yüksək səslə danışdığını hər kəs bilsin deyə”.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda X.İsmayılın amerikanlı diplomatlarla görüşdə onlara müəyyən siyahı verməsi xəbəri yayılmışdı. Məlumata əsasən, X.İsmayıl görüş zamanı diplomatlara müxalifətdə olan bir qrup insanın siyahısını verib. İddiaya əsasən, siyahıda X.İsmayılın fikrincə, müxalifətdə olub, müxalifət əleyhinə işləyən insanların adları yazılıb.