Xədicə İsmayılova ilə bağlı cinayət işi açıldı

Xədicə İsmayılova ilə bağlı cinayət işi açıldı
Bütün Xəbərlər
21:10 15.03.2012
2384
İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, “Azadlıq Radiosu”nun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanmışdır. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılmışdır.
OXŞAR XƏBƏRLƏR