Xədicə İsmayılova mükafat aldı

Xədicə İsmayılova mükafat aldı
MEDIA
12:35 04.05.2012
2011

"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova daha bir beynəlxalq mükafat alıb.

Radionun saytında yayılan məlumatda bildirilir ki, mayın 3-də Beynəlxalq Qadınların Media Fondu (IWMF) 2012-ci ildə Jurnalistikada Cəsarət və Həyat Uğuru Mükafatlarına layiq görülənlərin adlarını açıqlayıb. Xədicə İsmayılova daxil olmaqla, həmin mükafatları Efiopiya, Fələstin, Azərbaycan və Pakistandan olan dörd jurnalist alacaq. IWMF bildirir ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova Jurnalistikada Cəsarət mükafatına ölkə elitasında korrupsiya və hakimiyyətdən sui-istifadəni araşdırdığına görə layiq görülüb. Qurum İsmayılovanın bu ilin martında şantaj kampaniyasına məruz qaldığını xatırladır. Ancaq qeyd olunur ki, bu, İsmayılovanı susdurmaq üçün birinci cəhd olmayıb. «O, müntəzəm olaraq hökumətyönlü mediada böhtan kampaniyalarına məruz qalır. Ancaq onu gözdən salmaq üçün edilən çoxsaylı cəhdlərə baxmayaraq, İsmayılova işini dayandırmayacağını deyib, onu ittiham edənləri pisləyib», qurumun bəyanatında belə deyilir. Jurnalistikada Cəsarət mükafatına Xədicə İsmayılovadan başqa efiopiyalı köşə yazarı Reyot Alemu, fələstinli bloqqer Asma al-Gul alacaq. Həyat Uğuru Mükafatına isə 70 yaşlı pakistanlı jurnalist Zübeydə Mustafa layiq görülüb. IWMF bildirir ki, hər il təhlükəli və çətin şəraitdə xəbər yayarkən qeyri-adi xarakter güclülüyü və bütövlüyü nümayiş etdirən qadınları mükafatlandırır. Mükafatlar oktyabrın 24-də Nyu-Yorkda və oktyabrın 29-da Los Ancelesdə təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib