Xələf Xələfov və Ramiz Tahirov Rusiya səfirliyində olublar

Xələf Xələfov və Ramiz Tahirov Rusiya səfirliyində olublar
SİYASƏT
17:10 10.11.2020
734

Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov noyabrın 10-da Rusiyanın Azərbaycandakı səfirliyində olublar.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı diplomatik nümayəndəliyin tvitter səhifəsi yayıb.

X.Xələfov və R.Tahirov Rusiyanın Mİ-24 hərbi helikopterinin vurulması ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar səfirliyə baş çəkiblər.

OXŞAR XƏBƏRLƏR