“Xəngəl evi”ndə müştəri bıçaqlandı

“Xəngəl evi”ndə müştəri bıçaqlandı
SOSİAL
09:47 15.11.2023
188
Yasamal rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, 2-ci Alatava küçəsində yerləşən "Xəngəl evi” kafesində Elşad Ağayev adlı müştəri mübahisə zəminində bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırlılıb.

Araşdırmalarla E.Ağayevə çoxsaylı bıçaq xəsarətlərinin 1991-ci il təvəllüdlü Elçin Cənnətalıyev tərəfindən yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR