“Xənnas” 6 apreldən etibarən ölkənin bütün kinoteatrlarında -VİDEO

MƏDƏNİYYƏT
20:18 11.03.2023
586
Azərbaycanın ilk qorxu filmi olan "Xənnas” 6 apreldən etibarən ölkənin bütün kinoteatrlarında yenidən yayıma başlayır.

2017-ci ildə "Azərbaycanda ən yaxşı kinoteatr filmi” mükafatına layiq görülən "Xənnas”, mötəbər beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir. 2018-ci ildə Fajr İnternational Film Festival və 14-cü Eurasia İnternational Film Festivalında iştirak edən filmin Dünya Primyerası 21 Aprel 2018 -ci ildə Tehran şəhərindı baş tutub.

"Xənnas”-ın ölkəmizdə birinci təqdimatı 2017-ci il 4 may tarixində olub. İlk yayım günlərindən geniş izləyici kütləsi toplayan ekran işi 6 il keçməsinə baxmayaraq yüzlərlə tamaşaçının yenidən izləmək istədiyi film olduğu üçün, bir daha bütün ölkə kinoteatrları öz ekranlarını "Xənnas”-a ayırdı.

Qeyd edək ki, film qorxu janrında olsa da, dini motivlər əsasında çəkilmiş və yüksən mənəvi dəyərlərin təbliğindən bəhs edən bir ekran əsəridir.
 

OXŞAR XƏBƏRLƏR