Xərçəng əleyhinə vaksin hazırlanır

SAĞLAMLIQ
11:02 27.11.2023
294

Koronavirusa qarşı vaksini hazırlaması ilə məşhurlaşan Almaniyanın "BionTech” şirkətinin qurucusu Uğur Şahin xərçəngə qarşı vaksin üzərində çalışdıqlarını bildirib.

AZXEBER.COM xəbər verir ki, Uğur Şahin "Bild am Sonntag”a müsahibəsində bildirib ki, 2025-2029-cu illər bu sahədə aparılan tədqiqatla əlaqədar nəticələrə sahib olacaqlar.

Uğur Şahin xərçəngə qarşı hər fərd üçün ayrıca hazırlanacaq "MRNA” əsaslı vaksinlərin 2030-cu ildən əvvəl qeydə alınacağına ümid etdiyini söyləyib:

"Xəstədən qan və xərçəng nümunəsi alırıq və 4 həftə sonra fərd üçün xüsusi vaksin hazırlayırıq. İldə sadəcə 100 deyil, 10 minlərlə xəstə üçün belə vaksin hazırlaya bilərik”- alim bildirir.

Aysel 

OXŞAR XƏBƏRLƏR