Xərçəng riski daşıyan 6 peşə AÇIQLANDI

Xərçəng riski daşıyan 6 peşə AÇIQLANDI
DÜNYA
15:41 13.06.2025
378
İngiltərənin GMB əməkçi ittifaqı bəzi peşələrdə sidik kisəsi xərçəngi riskinin yüksək olduğunu açıqlayıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, səhiyyə işçiləri, sürücülər, təmizlikçilər, rəngsazlar, saç ustaları və ərzaq istehsalı işçiləri bu xəstəliyə daha çox meyllidirlər.

Cancer Research UK-ə görə, İngiltərədə ildə 10 500 yeni sidik kisəsi xərçəngi qeydə alınır, bu da gündə 29 xəstə deməkdir. Sidik xərçəngi kişilər arasında yeddinci, qadınlarda on yeddinci ən çox rast gəlinən xərçəng növüdür. Xəstəlikdən ildə 5 600-dan çox insan həyatını itirir.

Ən çox görülən əlamət sidikdə ağrısız qan olmasıdır. Digər simptomlar arasında tez-tez sidiyə çıxma, yanma, qasıq ağrısı və çəki itkisi var. İngiltərədə halların 45%-i siqaret, 6%-i isə iş yerində kimyəvi maddələrə məruz qalma ilə əlaqəlidir.

Oksana

OXŞAR XƏBƏRLƏR