8 ildir xərçənglə mübarizə aparan Çarlie Saephan qazandığı lotereya ilə ABŞ tarixinə düşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ tarixinin ən böyük cekpotlarından biri olan 1,3 milyard dollarlıq lotereyanın qalibləri məlum olub.
Cekpotu paylaşan şanslı adlardan birinin xərçəng xəstəsi olduğu üzə çıxıb.
O, 8 ildir xərçənglə mübarizə apardığını və qazandığı pulu yaxşı həkim tapmaq üçün xərcləyəcəyini bildirib.
Lotereya biletini dostu ilə birlikdə aldığını və milyard dolları böləcəklərini izah edən Saephan deyib:
"Hələ ölmək istəmirəm, ilk növbədə ailəm üçün bir şey etmək istəyirəm".
Ayşən