Xərçəng xəstəsi olan pasientin qarnından 9 kiloluq şiş çıxarıldı

DÜNYA
15:29 31.10.2024
183
 
Türkiyədə xərçəng xəstəsi olan bir xəstənin qarnındakı təxminən 9,5 kiloqramlıq şiş əməliyyatla çıxarılıb.                                                
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 52 yaşlı Meral Coşqun aprel ayında yorğunluq, qaz, həzmsizlik və şişkinlikdən şikayət etməyə başlayıb.
                           
Bu şikayətlərə əhəmiyyət verməyən xəstə iyul ayında qarnındakı şişliyə görə həkimə müraciət edib və müayinələr zamanı ona yumurtalıqda şiş diaqnozu qoyulub. 
 
Həkimlər yumurtalıq xərçənginin metastaz verdiyini və qarın selikli qişasının xərçənginə səbəb olduğunu müəyyən ediblər. Şiş əməliyyatla çıxarılıb.

Aycan

OXŞAR XƏBƏRLƏR