Xərçəngdən əziyyət çəkən aktyor vəfat etdi

Xərçəngdən əziyyət çəkən aktyor vəfat etdi
DÜNYA
13:28 05.09.2023
980
Bir müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan türkiyəli məşhur aktyor Mehmet Ulay Almaniyada dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, aktyor 81 yaşında dünyasını dəyişib.
 
O, sənət fəaliyyətinə 1963-cü ildə Dövlət Teatrlarında başlayıb.
 
Oynadığı teatr tamaşaları arasında "Çalıkışu”, "Kasablanka”, "Yalandan Ölənlər”, "Sacco və Vanzetti”, "Dürand Bulvarı”nı saymaq olar.

Kinoda "Ulduzlara bax”, "Siseron”, "Apartament”, "Emret Komandir Şah Mat”, "Beyzanın Qadınları” kimi seriallarda rol alıb.

O, sonuncu dəfə "Məhkum” serialında çəkilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR