Xərçəngdən əziyyət çəkən məşhur aparıcı dünyasını dəyişdi: Son sözləri ürək parçaladı

Xərçəngdən əziyyət çəkən məşhur aparıcı dünyasını dəyişdi: Son sözləri ürək parçaladı
DÜNYA
17:18 05.09.2018
3538
Xərçəng xəstəliyindən əziyyət çəkən məşhur aparıcı Rachael Bland dünyasını dəyişib.

Ailəsi Blandın Twitter hesabından "Gözəl və cəsur Rachaelimiz bu səhər hüzur içində son nəfəsini verdi" deyə paylaşım edib.

Blandın sosial şəbəkədəki son statusu bu olmuşdu: "Dostlar, qorxuram ki vaxt gəlib çatdı. Həm də anidən...".

15 il BBC-nin fərqli verilişlərində aparıcılıq edən Rachael müsahibələrinin birində "Ölməkdən qorxmuram. Geridə buraxdıqlarım üçün çox narahatam" demişdi.

Sonuncu dəfə BBC Radio 5 Live verilişinin xəbər spikeri olan Rachael Bland sinə xərçəngindən əziyyət çəkirdi. Xəstəlik digər orqanlarına da yayılmışdı.
 
///Big.az
OXŞAR XƏBƏRLƏR