Xərçəngdən ölən kişinin oğlu təcili yardıma hücum etdi - Həkimlər yaralandı

SOSİAL
15:00 12.06.2019
4835
Bərdədə Təcili Tibbi Yardım Stansiyasının çağırışa gedən əməkdaşları xəstənin oğlu tərəfindən döyülüb. Hadisə bu gün-iyunun 12-də Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. Təcili yardım maşını da yararsız hala düşüb.

AZXEBER.COM
 virtualaz.org-a istinadən xəbər verir ki, döyülənlərdən biri - Bərdə rayonu Təcili Tibbi Yardım Stansiyasının 53 yaşlı tibb bacısı Təranə Qasımova hadisənin bu gün saat 8:45-də baş verdiyini deyib:

"Qaradəmirçi kəndinə çağırış oldu. Ünvana çatan kimi xəstənin oğlu dəmir parçasını götürərək onlara hücum edib: "Maşından düşməyə imkan vermədi. Dedi ki, artıq atası ölüb, o da həkimləri öldürəcək. Özümüzü qorumaq üçün maşına mindik, dəmirlə maşını əzdi, şüşələri, güzgünü qırdı”.


Ölən şəxs xərçəng xəstəsi olub. T.Qasımova deyir ki, əvvəllər də həmin xəstə üçün dəfələrlə çağırışa gediblər. Ağrıkəsici vurublar ki, ağrıları azalsın, sakitləşsin. "Bu dəfə də çağırış oldu, ləngimədən ünvana getdik. Amma çatanda məlum oldu ki, xəstə artıq keçinib, oğlu heç evə yaxınlaşmağa imkan vermədi. Dəmirlə elə vurdu ki, şüşə üstümüzə töküldü, əlimi, ayağımı doğrayı, hələ də saçlarımdan şüşə qırıntıları təmizləyirlər”, -tibb bacısı deyib.


 
Digər tibb bacısı 54 yaşlı Rəfiqə Abdullayeva da xəsarət alıb, şüşə qırıntıları barmaqlarını kəsib: "Bir nəfər yaxınlaşaraq oğlanı sakitləşdirməyə çalışdı, yalnız bu zaman sürücü qaçmağa nail oldu. Oğlan maşının arxasınca qaçdı, amma çata bilmədi”.


33 ildir təcili yardımda çalışdığını deyən Təranə Qasımova son zamanlar tibb işçilərinə qarşı aqressivlikdən narahat olduqlarını deyir. "Bu yaxınlarda həkim, ondan əvvəl isə tibb bacısı döyülmüşdü. Sərxoş kişini xəstəxanaya aparılanda ambulansda həkimə hücum edib döymüşdü, həkimin gözlərinin altının şişi uzun müddət getmədi. Dedilər ki, sərxoş olub, özünü idarə edə bilməyib. Hər gün müxtəlif çağırışlar olur, hansı evdə bizi nə gözlədiyini bilmirik, bu qorxu, stress ilə xəstəyə necə yardım edək?”


Tibb bacıları onları döyən şəxsdən şikayətçidirlər. "Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdik, izahat yazdıq. Biz xəstə yaxınlarını anlayırıq, amma bu qorxu ilə işləmək olmur. Biz xəstənin ölümündə günahkar deyilik axı...”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:38 26.11.2020

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

16:36 26.11.2020

Erməni valideyn: "Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub"

15:58 26.11.2020

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

15:47 26.11.2020

Hulusi Akardan Fransa Senatının qətnaməsi ilə bağlı açıqlama

15:39 26.11.2020

Azərbaycan Əfqanıstanla əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edib

15:17 26.11.2020

DİN əhaliyə çağırış etdi - VİDEO

15:04 26.11.2020

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

14:43 26.11.2020

"Fransa ATƏT-in Minsk qrupundan çıxarılsın" - Milli Məclis bəyanat yaydı

14:42 26.11.2020

Binəqədi rayonunda reydlər davam etdirilir - FOTO

14:41 26.11.2020

Gürcüstanda yeni məhdudiyyət qüvvəyə minir

14:35 26.11.2020

Paşinyan 2021-ci ilin iyununa qədər vaxt istədi

14:19 26.11.2020

Atanın hər iki gözünü itirmiş oğluna dediyi sözlər hər kəsi kövrəltdi - VİDEO

14:16 26.11.2020

“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”

14:16 26.11.2020

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO

14:11 26.11.2020

"Fransadan hər hansı bir ədalət, demokratiya gözləmək mənasızdır"

13:59 26.11.2020

Ruhi Elçinin evinə getdi: "Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm"