Xərçəng peyvəndi ilə bağlı şad xəbər: Bu tarixdə...

MARAQLI
00:10 15.12.2022
470

Dünyanın ümidlə gözlədiyi xəbər ABŞ-dan gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, koronavirusa qarşı peyvənd istehsal edən şirkət xərçəng peyvəndi ilə bağlı inanılmaz açıqlama verib.

Koronavirus peyvəndi də istehsal edən "Moderna”xərçəng peyvəndi üçün gözlənilən nəticələrini dərc edib.

"New York Post” qəzetində yer alan xəbərə görə, şirkət peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli nəticələr ortaya qoyduğunu açıqlayıb. 

Merck tərəfindən hazırlanan "Keytruda” adlı dərman peyvəndlə birlikdə istifadə edilərsə, ölümcül dəri xərçəngində ölüm və ya xəstəliyin təkrarlanma riskində azalma olacağı açıqlanıb.

Məlumata görə, "Moderna” bu sahədə çalışan yeganə şirkət deyil. 

Türkiyəli alimlər xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl hazır ola biləcəyini bildiriblər.

Ayşən

OXŞAR XƏBƏRLƏR