Xərçəngin yayılmasında təsirli olan hüceyrələr müəyyən edildi

Xərçəngin yayılmasında təsirli olan hüceyrələr müəyyən edildi
SAĞLAMLIQ
11:37 14.04.2023
395
Böyük Britaniyanın Xərçəng Araşdırma İnstitutu 9 il ərzində ağciyər xərçəngi olan 800-dən çox xəstəni təqib edərək, xərçəngin inkişafını ətraflı şəkildə izləyib. 

AZXEBER.COM xəbər verir ki, alimlər müəyyən ediblər ki, bəzi seçilmiş xərçəng hüceyrələri xərçəngin təkrarlanması və ya yayılmasında təsirli olur.

Xərçəng Araşdırma İnstitutu 9 ildir ağciyər xərçəngi olan 800-dən çox xəstəni təqib edərək, xərçəng şişləri ilə bağlı tapıntılarını dünən 7 ayrı elmi iş olaraq dərc edib.

TRACERx adlı elmi araşdırmada 2014-cü ildən bəri xərçəng diaqnozu qoyulan xəstələr xəstəliyin başlanğıcından izlənilib. 

Tədqiqatda qeyd olunub ki, xərçəng inkişaf etdikcə bəzi seçilmiş hüceyrələr çoxalır, bütün xərçəng hüceyrələri metastaz vermir.

Ayşən
OXŞAR XƏBƏRLƏR