Mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan rəqqasə Tanyeli səhhəti ilə bağlı yeni açıqlama verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun zamandır xərçənglə mübarizə aparan türkiyəli rəqqasə bu günlərdə xəstəxanadan çıxacağını deyib:
"Şərhlərinizdən mənim üçün narahat olduğunuzu anlayıra. İnşAllah bu gün ya da sabah evə çıxacağam. Müalicə üçün qəbul etdiyim dərmanlar yuxumu gətirir və yatıram. Çox yazıb mesajlara cavab verməyə gücüm çatmır. Dualarınızı əsirgəməyin. Allaha əmanət olun". l
Qeyd edək ki, 5,5 santimetr ölçüsündə şiş olduğunu açıqlayan rəqqasə kimyaterapiya müalicəsinə başlayıb.
Gülay