“Xəstə can verdiyi halda maşına qoyub apardılar” - 10 günün gəliniylə bağlı açıqlama

“Xəstə can verdiyi halda maşına qoyub apardılar” -  10 günün gəliniylə bağlı açıqlama
SOSİAL
11:32 16.09.2016
1810
Zərdab Rayon Mərkəzi Xəstəxanası 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyevanın ölüm faktına münasibət bildirib.
Xəstəxananın baş həkimi Ruslan Nemətov  açıqlamasında bildirib ki, P. Zərbəliyeva xəstəxanaya ölümcül halda daxil olub: “Xəstə can verirdi. Huşu, ətrafa reaksiyası yox idi. 10 dəqiqə xəstəxanada qaldı. Yaxınları məni və həkimləri təhqir etməyə başladılar. Sonra xəstəni burada saxlamaq istəmədiklərini dedilər. Bildirdik ki, xəstəni buradan çıxarmaq təhlükəlidir. Bizi dinləmədilər, bir-birini təhqir edə-edə gəlini can verdiyi halda maşına qoyub Ucara apardılar”.
Xatırladaq ki, Pərvanə Zərbəliyeva 10 gün əvvəl ailə qurubmuş.
//AzNews.az
OXŞAR XƏBƏRLƏR