Xəstə uşağa toplanan vəsaiti talayan şəxs saxlanıldı - VİDEO

Xəstə uşağa toplanan vəsaiti talayan şəxs saxlanıldı - VİDEO
SOSİAL
17:00 03.03.2026
255
Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.

AZXEBER.COM xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb.
 
O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR