Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.
AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti mövzu ilə bağlı açıqlama verib.
DİN-dən bildirilib ki, yayılan məlumat dezinformasiyadır.
Qeyd olunub ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.











































